Sarkisyanın müsahibə verdiyi tanınmış aparıcılar SAXLANILDI - VİDEO
Ermənistanda "İmnemnimi" podkastının aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın evlərinə basqın edilib.
meqale.com xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, Cinayət Axtarış İdarəsində aparılan araşdırmalar çərçivəsində Narek Samsonyan və Vazgen Saqatelyanın evlərində axtarışlar aparılıb.
Bloqerlər parlament spikeri Alen Simonyanı təhqir etmək ittihamı ilə saxlanılıblar.
Qeyd edək ki, saxlanılan şəxslər ötən həftə keçmiş prezident Serj Sarkisyanın müsahibə verdiyi "İmnemnimi" podkastının aparıcılarıdır.