Rusiya vətəndaşı Göyçayda itkin düşdü

Göyçayda 59 yaşlı Rusiya vətəndaşı itkin düşüb.

Rusiya vətəndaşı Göyçayda itkin düşdü
Göyçayda 59 yaşlı Rusiya vətəndaşı itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, 1964-cü il təvəllüdlü Kuzmin Sergey Nikolayeviç avqustun 9-da son üç ildir Göyçay rayonunda yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.