Rusiya taxıl sazişini dayandırdı
Rusiya taxıl sazişinə xitam verib.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, taxıl müqaviləsinin Rusiyanın şərtləri ilə bağlı hissəsi yerinə yetirilən kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.
Xatırladaq ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan "Taxıl sazişi"nin müddəti bu gün bitib.