Qaynaq aparatı partladı, ayağını kəsdilər

Ağstafa rayon Eynallı kəndində evin çardağında qaynaq işləri görən şəxs bədbəxt hadisə nəticəsində bir ayağını itirib.

Qaynaq aparatı partladı, ayağını kəsdilər
Ağstafa rayon Eynallı kəndində evin çardağında qaynaq işləri görən şəxs bədbəxt hadisə nəticəsində bir ayağını itirib.

meqale.com report-a istinadən xəbər verir ki, qaynaq aparatının partlaması nəticəsində ağır xəsarət alan, 1971-ci il təvəllüdlü Qabil Tahir oğlu İmamverdiyev xəstəxanaya yerləşdirilib.

Onun bir ayağı cərrahiyyə əməliyyatı ilə amputasiya olunub.

Q.İmamverdiyev həmçinin hadisə nəticəsində yanıq xəsarətləri də alıb.

Hazırda zərərçəkmişin vəziyyəti stabil olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.