Putin Mirziyoyevlə telefonda danışdı
Rusiya prezidenti Vladimir Putin Özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə telefonla danışıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər iki lider ikitərəfli əməkdaşlığın və beynəlxalq siyasi gündəmin aktual məsələlərini müzakirə edib.
Söhbət zamanı tərəflər arasında həmçinin, müttəfiqlik və strateji tərfədaşlığın mərhələli şəkildə möhkəmlənməsinin vacibliyi vurğulanıb.