Premyer Liqa tarixində belə biabırçılıq olmamışdı
"Bernli" İngiltərə Premyer Liqa tarixində heç də xoş olmayan ilkə imza atıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, komanda mövsümün ilk 10 ev oyunundan 9-da məğlub olub. Bu, sözügedən çempionatda ilk dəfə yaşanıb. Bu barədə "Opta Sports" məlumat yayıb.
"Bernli" 19-cu turda "Liverpul"a məğlub olmaqla (0:2) anti-rekorda imza atıb.
Qeyd edək ki, "bənövşəyilər" yeganə ev qələbəsini İngiltərə çempionatının 14-cü turunun "Şeffild Yunayted"lə görüşündə qazanıb - 5:0.