Penitensiar xidmətin yeni rəisi Mirsaleh Seyidov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. 

Prezidentin imzaladığı digər sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. 

meqale.com bildirir ki, Mirsaleh Seyidov daha əvvəl Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini icra edib. O, 2016-cı ilin 13 oktyabrında bu vəzifəyə təyin olunub. 

M.Seyidov rütbəcə ədliyyə polkovnikidir. 

O, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

meqale.com