Ölü çıxan evdə niyə güzgülərin üstünü örtürlər?

Ölən şəxsin evində güzgülərin üzərinin örtülməsi adəti hələ də qorunur və həm qoruyucu, həm də simvolik əhəmiyyət daşıyır.

Ölü çıxan evdə niyə güzgülərin üstünü örtürlər?
Ölən şəxsin evində güzgülərin üzərinin örtülməsi adəti hələ də qorunur və həm qoruyucu, həm də simvolik əhəmiyyət daşıyır.

meqale.com xəbər verir ki, bu adət qədim inanclardan irəli gəlir. İddialara görə ölən şəxsin ruhu evdə dolaşarkən açıq güzgü onun çaşmasına, bəzən isə digər ruhlarla qarşılaşmasına səbəb ola bilər. Bu səbəbdən güzgülərin üzəri örtülür ki, həm ruh sakitcə dünyasını tərk etsin, həm də evdəki insanlar qorunsun.

Həmçinin, açıq güzgü yas içində olan şəxslər üçün mənfi təsir göstərə bilər. Qədim inanclara görə, ölü şəxsin əksi güzgüdə görünmək insanlarda qorxu və narahatlıq yarada bilər.

Bu adət həm də matəm və hörmət simvolu kimi qəbul edilir. Güzgülərin örtülməsi ölü üçün ehtiram əlaməti olmaqla yanaşı, yas içində olanların diqqətini öz iç dünyalarına yönəltməyə imkan yaradır.

Beləliklə, ölü evində güzgülərin örtülməsi həm qoruyucu, həm də rituallarla bağlı uzunmüddətli ənənə olaraq qorunur.