Oğuzda 6 yaşlı uşağı maşın vurdu

Dünən saat 23 radələrində Oğuz rayonunun Qumlaq kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oğuzda 6 yaşlı uşağı maşın vurdu
Dünən saat 23 radələrində Oğuz rayonunun Qumlaq kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan meqale.com-a verilən məlumata görə, Valeh Şərifov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə piyada, 2017-ci il təvəllüdlü A. Abbasovu vurub. 

Azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.