Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.
Qərarda deyilir:
Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. "Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi; 2. "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi; 3. "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi; 4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı; 5. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"nin təsdiq edilməsi; 6. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi; 7. "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi; 8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi; 9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.
meqale.com