“Mançester Siti” son dəqiqələrdə qələbə qazandı

İngiltərə Premyer Liqasında XXI turun növbəti matçları keçirilib.

“Mançester Siti” son dəqiqələrdə qələbə qazandı
İngiltərə Premyer Liqasında XXI turun növbəti matçları keçirilib.

Axar.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

"Çelsi" doğma meydanda "Fulhem"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunda isə "Nyukasl" və "Mançester Siti" komandaları qarşılaşıb. Gərgin keçən görüş "şəhərlilər"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 26-cı dəqiqədə qonaqların heyətində Bernardo Silva açıb. Aleksandr İsak 35-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 37-ci dəqiqədə isə Antoni Qordon "sağsağanlar"ı önə çıxarıb. Kevin De Brüyne 74-cü dəqiqədə ikinci qolu rəqibin qapısında keçirib. Qarşılaşmada qələbə qolunu 90+1-ci dəqiqədə Oskar Bobb vurub.

Qeyd edək ki, bu nəticələrdən sonra bir oyun az keçirən "Mançester Siti 43 xalla 2-ci, "Çelsi" 31 xalla 8-ci, "Nyukasl" 29 xalla 10-cu və "Fulhem" 24 xalla 13-cü yerdə qərarlaşıb. Turnir cədvəlinə isə 45 xalla "Liverpul" rəhbərlik edir.