Livanın sabiq Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Livan Respublikasının sabiq Baş naziri Səad Əl-Hariri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
meqale.com AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə və xalqınıza cansağlığı, firavanlıq, xeyir-bərəkət arzu edirəm.
Zati-alinizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
meqale.com