“Konstitusiyanın dəyişdirilməsi Ermənistan üçün vacib olacaq”
"Bundan sonra Azərbaycanı hədəf alan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün vacib olacaq".
meqale.com qafqazinfo-ya istinadla xəbər verir ki, bunu AKP-nin sözçüsü Ömər Çelik deyib.
Çelik Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekunlaşmasını mühüm mərhələ adlandırıb.
O bu xüsusda ATƏT-in Minsk qrupunun artıq tarixə qovuşduğunu da xüsusilə qeyd edib və onun ləğvi prosesinin artıq yetişdiyini açıqlayıb.
meqale.com