Kim Çen İn yardım təkliflərini geri çevirdi
Şimali Koreya lideri Kim Çen İn ölkənin şimal qərbində ciddi fəsadlara yol açan selin vurduğu ziyanı aradan qaldırmaq üçün xarici ölkələrin və beynəlxalq təşkilatların yardım təkliflərini geri çevirib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Şimali Koreya mediası məlumat yayıb.
Bildirilib ki, Kim Çen selə görə müvəqqəti sığınacaqlarda qalanları ziyarət edib:
"Qarşıdakı aylarda təqribən 15 min insan paytaxt Pxenyana gətiriləcək. Zərərçəkənləri hər sahədə dəstəkləyəcəyik. Xarici ölkələrə və beynəlxalq təşkilatlara humanitar yardım təkliflərinə görə təşəkkür edirəm. Selin səbəb olduğu zərər xarici qüvvələrin dəstəyi olmadan aradan qaldırılacaq", - Kim Çen İn deyib.