Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı
Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ərazi minalardan təmizlənib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
O qeyd edib ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, 2023-cü ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub.
"Cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 faiz) ərazinin minalardan təmizlənməsi həyata keçirilib. Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.
İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə 1115, 2025-ci ildə 725, 2026-cı ildə 1610 evin inşası həyata keçiriləcək. Bütövlükdə tikiləcək evlərə ilki 2024-cü ildə olmaqla, Kəlbəcər şəhərinə 5268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12534 nəfər əhalinin köçürülməsi planlaşdırılır", - deyə o əlavə edib.