Keçmiş modeldən qəribə paylaşım - “İnsan ayaqyoluna getməyə heyfslənər” - FOTO
Bir vaxtlar podiumların ən çox axtarılan modellərindən olan Ebru Şanc futbolçu Alpaslan Öztürklə ailə qurduqdan sonra modellik karyerasını bitirib. Üç uşaq anası olan Şancının 250 qram kürünün qiymətini açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.
meqale.com xəbər verir ki, 17 yaşında Braziliyada keçirilən 2001 Miss Globe gözəllik müsabiqəsində birinci olan Ebru Şancı evləndikdən sonra podiumlarla vidalaşıb. Hazırda xaricdə gəlinlik markası olan Şancı paylaşımları ilə diqqət çəkir.
Uzun müddətdir Londonda yaşayan Şancı daha əvvəl bir salxım üzümün 3 450 TL, qarpızın 6 700 TL, 28 ədəd çiyələyin isə 8 250 TL-yə satıldığını izləyiciləri ilə bölüşərək gündəmə gəlmişdi.