Kaşuk "Neftçi"yə gəlir? - ÖZÜ AÇIQLADI

Aleksey Kaşuk Ukrayna mətbuatına açıqlama verib.

Kaşuk
Aleksey Kaşuk Ukrayna mətbuatına açıqlama verib.

meqale.com offsideplus.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Şaxtyor"dan ayrılmaq ehtimalının və təkliflərə açıq olduğunu bildirib:

"Danışıqlar davam edir. Müxtəlif klublar maraq göstərir, təkliflərə açığam. Bütün variantları nəzərdən keçirməyə hazıram. Amma hər şeyin necə olacağını görəcəyik. Hələlik konkret bir şey deyə bilmərəm".

Qeyd edək ki, ukraynalı yarımmüdafiəçi uğrunda əsas mübarizənin "Neftçi" və Xorvatiya "Hayduk"u arasında getdiyi bildirilir. Lakin bakılılar bu transferdə maraqlı olmadığını açıqlayıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun