"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva
"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlər. "Şəhidlik" ali ad, rütbədir".
meqale.com xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Qadın lüğəti" layihəsində deyib. O, ikinci dəfə ailə qurmamasını belə cavablayıb:
"Zaman-zaman deyirdim ki, kaş boşanmış olardım. Başqa səbəblər olardı, onun acığına başqa addımlar atardım. Axı, o, təsadüfi bir ölümlə məndən ayrılmayıb. O, vətəni qucaqlayaraq məndən ayrılıb. Buna görə bu addımı ata bilmədim. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Düzdür, amma yerinə qoya bilmədiyimiz insanlar var. Onun yerinə kimisə qoya bilmədim. Bu haqda heç vaxt düşünmədim. Həyatım elə qəribə, keçməkeşli, qaça-qaçlı, mübarizəli keçdi ki, bunlara vaxt tapmadım".