Kaliforniya sahillərində güclü zəlzələ olub

ABŞ-ın Kaliforniya ştatının cənubunda 5,1 bal gücündə zəlzələ olub.

Kaliforniya sahillərində güclü zəlzələ olub
ABŞ-ın Kaliforniya ştatının cənubunda 5,1 bal gücündə zəlzələ olub.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Oksnard şəhərindən 27 kilometr şimal-qərbdə, Sakit okean sahilində yerləşib. Orada 207 minə yaxın insan yaşayır. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.