İzzət Bağırov: “İnsanın dostu cibindəki puludur”
"İnsanın dostu cibindəki puludur. Pulun varsa, sənə hörmət göstərərlər, yoxdursa, kənarda qalarsan."
meqale.com xəbər verir ki, bu sözləri "Gün ortası" proqramında müğənni İzzət Bağırov deyib.
O, cəmiyyətdə belə bir dövrün hökm sürməsindən təəssüfləndiyini bildirib:
"Baxırlar hansı maşından düşdün, nömrəsi necədir, əlindəki telefonun markası nədir... Təəssüf ki, indi insanlar bunlara görə qiymətləndirilir. Maşınına, qolundakı saatına, geyimlərinə görə... Bu günə gəlmişik. Əslində yaxşı olan insanlar isə görünmür, itir. Görürsünüzsə, abırlı, mərd insan həmişə kənara çəkilir. Gəlin, bir az da insanın daxili keyfiyyətinə, insanlığına və illər boyu etdiyi fədakarlıqlara qiymət verək".