İsrail ordusu Qəzzada hücum dalğasına başladı - FOTO

İsrail ordusu Həmasın atəşkəsi pozduğunu əsas gətirərək Qəzza zolağının cənubunda yeni hava hücumlarına başladığını açıqlayıb. İsrail tərəfi bildirir ki, Rəfah bölgəsində İsrail əsgərlərinə atəş açıldığı iddiasından sonra hücum əməliyyatına start verilib.

meqale.com xəbər verir ki, İsrail Ordusu açıqlamasında Həmas döyüşçülərinin tankəleyhinə raket və atəşli silahlarla İsrail əsgərlərini hədəf aldığı iddia olunub. Buna cavab olaraq Qəzzanın cənubunda ardıcıl hava zərbələrinin həyata keçirildiyi bildirilib. Ordudan əlavə Qəzzada əsirlərin saxlanıldığı tunellərin də vurulduğu qeyd olunub.

İsrail hərbi təyyarələri Nusəyrat Qaçqınlar Düşərgəsinə zərbə endirib. 5 fələstinli həlak olub, çox sayda yaralı var. Bölgədə vəziyyət kritik olduğu üçün yardım qruplarının hadisə yerinə çata bilmədiyi bildirilir.

Hücumdan sonra İsrail Baş Naziri Beniyamin Netanyahu Müdafiə Naziri və təhlükəsizlik rəsmiləri ilə iclas keçirib. İclasdan sonra Netanyahunun Qəzzaya qarşı sərt və sürətli hərbi müdaxilə əmri verdiyi açıqlanıb.