İranda son vəziyyət necədir?
İranda hökumət əleyhinə keçirilən aksiyalarda ölənlərin sayının 50-yə çatdığı, 2 mindən artıq etirazçının isə saxlanıldığı bildirilir.
meqale.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri əvvəlcə nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə etsə də, hazırda etirazların yatırılması üçün odlu silaha əl atıldığı iddia olunur.
İranın böyük şəhərlərindən olan Məşhəddə ölkə bayrağının endirilib yandırıldığı qeyd edilir. Ərdəbildə Ali Rəhbər Seyid Əli Xameneiyə qarşı şüarlar səsləndirilib, Təbriz və azərbaycanlıların yaşadığı digər şəhərlərdə də etirazlara qoşulanların olduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun hadisələri diqqətlə izlədiyini açıqlayıb. O, bəzi ölümlərin izdiham zamanı baş verdiyini istisna etməsə də, etirazçılara qarşı güc tətbiqinin davam edəcəyi təqdirdə İrana ağır cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.