İki ailə arasında MÜNAQİŞƏNİN SONU: ölən və yaralananlar var
Türkiyənin Van vilayətinin Erciş rayonunda iki ailənin üzvləri arasında kütləvi dava zamanı 1 nəfər ölüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bir müddətdir düşmənçilik aparan iki ailə arasında silahlı dava zamanı daha 11 nəfər müxtəlif xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və polislər cəlb edilib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.