Hindistan "Gaurav"ın ilk sınağını həyata keçirdi

Hindistan Müdafiə Araşdırmaları və İnkişaf Təşkilatı "Gaurav" uzaq mənzilli avibombasının ilk uçuş sınağını uğurla həyata keçirib.

Hindistan
Hindistan Müdafiə Araşdırmaları və İnkişaf Təşkilatı "Gaurav" uzaq mənzilli avibombasının ilk uçuş sınağını uğurla həyata keçirib.

meqale.com lente istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKİ təyyarəsindən atılan "Gaurav" uzaq mənzilli avibombasının ilk uçuş sınağını uğurla həyata keçirib. Sınaq Odişa sahillərində aparılıb", - məlumatda deyilir.

Aviabombanın Uiler adasındakı hədəfi "zərgər dəqiqliyi ilə" vurduğu qeyd edilir.