“Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil” – VİDEO

"Arzu edirəm ki, çox hörmət etdiyim və istədiyim xanımların qarşısına mənim qarşıma çıxan kimi bir şəxs çıxsın. Ona başımla, yüz faiz cavabdehəm". 

meqale.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Ailə qurduğunu açıqlayan Mətanət bildirib ki, onun həyat yoldaşının şəkli heç zaman ekranlarda olmayacaq:  "Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil".  Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Müğənnilər həyat yoldaşlarını ekranlarda nümayiş etdirirlər. Ayıbdır ki?" sualına M.Əsədova "O, müğənninin qarşısındakı kişisinin xasiyyətindən asılıdır. Məni o müğənnilərlə bir səviyyəyə qoyma" deyə cavab verib. 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun