Həştərxanda yaşayış binası uçdu
Rusiyanın Həştərxan vilayətində yaşayış binasının bir hissəsi uçub.
meqale.com APA-ya istinadən bildirir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, hadisə ilə bağlı təcili qərargah yaradılıb.
O qeyd edib ki, bina sakinləri üçün 3 məktəbin bazasında müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, sakinlər isti yemək və su ilə təmin olunublar.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 200-dən çox insan təxliyə edilib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun