Hərbi texnikamızın üzərinə yazılan hərfin mənası nədir? - FOTO
Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərinə həfrlərin yazılmasıdır. Bunu əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra müxtəlif fikirlər ortaya atılır.
Bəziləri bu həfrlərin xüsusi məna daşıdığı fikrini irəli sürür.
meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, hərbi texnikanın üzərinə hərflərin yazılması əvvəlki illərdə də müşahidə edilib. Amma bu, hər hansı bir ideolaji məna daşımır.
Məsələn, əvvəlki illərdə hərbi texnikalarımızın üzərinə ortasından xətt çəkilmiş "B", "Z", "N" kimi hərflər yazılıb. Bu, qrupların, bölmələrin adlarının baş hərfləridir.