Goranboyun bir neçə kəndi işıqsız qaldı
Goranboy rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
meqale.com report-a istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Goranboy rayonunun Boluslu, Məşədiqaralar, Eyvazlılar və yaxın kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Güclü külək səbəbindən Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində sürücülərin avtomobillərini idarəetməsi qismən çətinləşib.
Hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.
Qeyd edək ki, küləkli hava şəraiti Gəncə şəhərində və yaxın rayonlarda da müşahidə olunur.