Fransada atışma olub - ölənlər var
Fransanın Dunkerk kommunasında atışmada təhlükəsizlik orqanlarının iki işçisi də daxil olmaqla dörd nəfər öldürülüb.
meqale.com report-a istinadən xəbər verir ki, atışma nəticəsində ərazidə patrul xidmətini həyata keçirən iki təhlükəsizlik işçisi və iki miqrant həlak olub. Şübhəli şəxs jandarmaya özü gedib.
Onun dekabrın 14-dən əvvəl bu kommunada aşkar edilmiş başqa şəxsin ölümündə də iştirak etdiyi güman olunur.