“Barselona”nın sabiq futbolçusu kariyerasını bitirdi - FOTO
"Barselona"nın yetirməsi, yarımmüdafiəçi Rafinya Alkantara 32 yaşında peşəkar futbol karyerasını başa vurduğunu rəsmən açıqlayıb.
meqale.com xəbər verir ki, "La Masia" akademiyasının yetirməsi olan Rafinya "Barselona"nın əsas komandasında bütün turnirlər üzrə 90 oyunda forma geyinib, 12 qol vurub və yarımmüdafiədəki universallığı ilə seçilib.
Kataloniya klubunda çıxış etdiyi dövrdə Rafinya zəngin kubok kolleksiyası əldə edib. O, 4 dəfə La Liqa, 4 dəfə Kral Kuboku, 1 dəfə UEFA Çempionlar Liqası, 1 dəfə Klublararası Dünya Kuboku, 1 dəfə UEFA Super Kuboku və 2 dəfə İspaniya Super Kubokunun qalibi olub.
Davamlı zədələr bir vaxtlar böyük ümidlər vəd edən karyerasına ciddi təsir göstərsə də, Rafinya müxtəlif məşqçilərin rəhbərliyi altında bir sıra uğurlu çıxışlar edib.
"Barselona"dan ayrıldıqdan sonra futbolçu "İnter", "Selta Viqo", PSJ, "Real Sosyedad" və "Olimpiakos" klublarında çıxış edib. Onun son klubu Qətərin "Əl-Ərəbi" komandası olub və Rafinya futbolçu karyerasını məhz burada başa vurub.
Qeyd edək ki, Rafinyanın böyük qardaşı hazırda Hansi Flikin rəhbərliyi altında "Barselona"da məşqçi heyətində fəaliyyətini davam etdirir.