Eurovision”da İsrailin təmsilçisi ilə bağlı qalmaqal
"Eurivision"da İsraili təmsil edən Eden Qolanla bağlı qalmaqal yaranıb.
meqale.com musavat.com-a istinadən bildirir ki, mayın 9-da keçirilən yarımfinal konserində çıxış edən Eden Qolanın çıxışı zamanı zal yarı-yarıya bölünüb - bəziləri onu fəal şəkildə dəstəkləyib, tamaşaçıların bir yarısı isə müğənninin təmsil etdiyi ölkənin Fələstinə qarşı hərbi əməliyyatlarına görə onu fitə basıb, çığır-bağır salıb. Mühafizəçilər bu səbəbdən bir neçə nəfəri zaldan çıxarıblar.
"Eurovision"un mühafizə xidməti Qolana ciddi təhlükəsizlik altında olduğu otel otağından çıxmağı qadağan edib. Qız sosial şəbəkələrdə hər gün yüzlərlə təhdid aldığını bildirib.