Ermənistan özünü MDB çərçivəsində tərəfdaş kimi aparmır - Lukaşenko

Ermənistan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində özünü tərəfdaş kimi aparmır.

Ermənistan özünü MDB çərçivəsində tərəfdaş kimi aparmır - Lukaşenko
Ermənistan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində özünü tərəfdaş kimi aparmır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasda çıxışı zamanı deyib.

"Xatırladıram ki, MDB-nin yaradılmasında əsas məqsəd Sovet İttifaqının dağılmasından sonra əlaqələrin kəsilməsinin qarşısını almaq idi. Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır", - deyə o, bildirib.

Lukaşenko bu prosesin kənardan sakit müşahidə oluna bilməyəcəyini vurğulayaraq əlavə edib ki, əks halda MDB "sadəcə parça-parça olacaq".