Ərdoğandan ŞKTC-də keçirilmiş prezident seçkiləri ilə bağlı açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-də keçirilən prezident seçkilərində rəsmi olmayan nəticələrə görə qalib gələn CTP lideri Tufan Erhürmanı təbrik edib.
meqale.com xəbər verir ki, Ərdoğan sosial media hesabından yaydığı təbrik mesajında qeyd edib:
"Bu gün ŞKTC-də keçirilən seçkilərdə rəsmi olmayan nəticələrə görə prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. Kipr türklərinin iradəsini sandığa əks etdirdiyi bu seçkilərin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram."