Ən qeybətcil BÜRCLƏR
Qeybət münasibətlərin və qarşılıqlı əlaqənin bir hissəsidir və bəzi bürclərin bu baxımdan önə çıxdığı düşünülür.
meqale.com yenisabah.az-a istinadən dedi-qodu potensialına görə ən qeybətcil bürcləri bir araya toplayıb:
Dolça
Məlumatı paylaşmaqdan zövq alan bürclərdən birincisi Dolçadır. Astroloq Emili Nyuman "The Best of Psychic Readers" kitabında bu haqda yazır: "Onlar müntəzəm olmasa da, bəzən dedi-qoduya əl atırlar".
Buna baxmayaraq, əgər Dolça əsl dostdursa, sirr saxlaya bilər.
Qız
Başqaları qeybət qırarkən susmağa üstünlük verən yetkin bir bürcdür. Ən yaxın dostları və ailəsi də daxil olmaqla, şəxs etibarlı olana qədər heç nə paylaşmırlar. Nyuman deyir: "Onlar həqiqəti bilmədən şəxsi məlumatları başqasına ötürməyəcəklər, lakin qızları kimsə incitldikdə onunla üzbəüz qarşılaşa bilmirlərsə, mütləq qeybətini qıracaqlar".
Tərəzi
Onlar fərdləri maraqlı söhbət mövzusu hesab edirlər. Əgər kiminsə mənfi xüsusiyyəti haqqında qeybət qırırlarsa, ağlabatan səbəbləri olur. Bir şeyin niyə səhv olduğunu və birinin niyə yaxşı olduğunu izah edirlər. Tərəzilər şayiələrin zərər verməsini heç sevmirlər. Onlar yalanla qeybəti ustalıqla ayırırlar.
Əkizlər
Siyahımızdakı ən yaxşı seçim, yəqin ki, sizi çox da təəccübləndirməyəcək. Çünki ən qeybətcil bürc Əkizlərdir. Bu dəyişkən tiplər dedi-qodu ilə tanınır və əlbəttə, bundan həzz alırlar. Nyuman deyir: "Əkizlər ikiüzlüdür və and içdikdən sonra belə həmin sirri saxlaya bilmirlər".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun