Əhməd Şaranın adı bu siyahıdan çıxarıldı
Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya Prezidenti Əhməd əş-Şaranın adını terrorçular siyahısından çıxarıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Fidan Əhməd əş-Şaranın BMT-nin terrorçular siyahısından çıxarılmasını vacib addım kimi qiymətləndirib və bunun üçün BMT-yə təşəkkürlərini çatdırıb.
"Bu, Suriyanın iqtisadi rifahı və regional sabitliyi üçün böyük əhəmiyyət kəsb edirdi", - deyə nazir əlavə edib.
meqale.com