Cüdoçumuz erməniyə qalib gələrək III yeri tutdu

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmmədəli Hüsiyev (55 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

meqale.com xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Şavarş Nahapetyanla üz-üzə gəlib.

Rəqibə qalib gələn Hüsiyev yarışda üçüncü yeri tutub.