Bu heyvanın 275 fərqli üz ifadəsi aşkar edildi - FOTO
ABŞ alimləri müəyyən ediblər ki, pişiklər 275 fərqli mimikadan istifadə edir.
meqale.com publika.az-a istinadən xəbər verir ki, alimlər cəmi 688 üz siqnalını kodlaşdırıblar, onlardan 413-ü erkək, 275-i isə dişi pişiklərə aiddir. Kodlaşdırılmış ifadələrin 45,7 faizinin dostluq, 37 faizinin isə aqressiv olduğu müəyyən edilib.
Tədqiqatçlar qeyd edib ki, pişiklər insanlarla yanaşı yaşadıqları üçün sosial cəhətdən daha dözümlüdürlər. Buna görə də üz ifadələri daha çoxdur. 275 mimika isə bir heyvan üçün həqiqətən də təəccüblüdür.