Bu gün Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
meqale.com report-a istinadən xəbər verir ki, ilk olaraq ötən gündən təxirə salınmış "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu reallaşacaq.
Matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb, görüş dayandırılarkən isə "Turan Tovuz" hesabda 2:1 öndə olub. Saat 12:00-da başlanacaq qarşılaşma 81-ci dəqiqədən davam edəcək. Meydan sahibləri hazırda 19 xalla 8-ci, Naxçıvan təmsilçisi 26 xalla 5-cidir.
"Netçi" 2023-cü ildəki sonuncu oyununda "Kəpəz"i qəbul edəcək. Matç saat 16:00-da olacaq. "Ağ-qaralar" 25 xalla 6-cı, qonaqlar 14 xalla 9-cu sıradadır.
Günün sonuncu qarşılaşmasında "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək. Ağdam klubu 38 xalla liderdir, "qartallar" 29 xalla ikinci pillədə qərarlaşıb.
Azərbaycan Premyerm Liqası XVIII
12:00. Turan Tovuz" - "Araz-Naxçıvan" (81-ci dəqiqədən davam edəcək) Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Mübariz Hüseynov Tovuz şəhər stadionu
16:00. "Neftçi" - "Kəpəz" Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Elçin Məmmədov "Neftçi Arena"
18:30. "Zirə" - "Qarabağ" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Erkin Hüseynov Zirə İdman Kompleksinin stadionu