Boris Conson NATO-nu göydən yerə vurdu
Boris Conson NATO-nun son zirvə toplantısını sabun köpüyünə bənzədib.
meqale.com Trend-ə istinadən bildirir ki, Britaniyanın sabiq baş naziri Boris Conson "Deyli Meyil" üçün qələmə aldığı yazısında Vilnüsdə keçirilən sammitdə NATO liderlərinin Ukraynanı Alyansa dəvət etməmək qərarını tənqid edib.
O, Qərbi güclü olmağa, boş söhbətlərə son qoymağa və Ukraynanı tez bir zamanda NATO-ya qəbul etməyə çağırıb. Conson qeyd edib ki, Alyans üzvləri Ukraynanın qəhrəmancasına müqavimətinə görə kollektiv hörmət və minnətdarlıqlarını bildirməli idilər:
"Bu döyüşdə heç bir NATO əsgəri yaralanmadı və ölmədi, çünki biz NATO ölkələrində bilirik və daim deyirik ki, ukraynalılar hamımız üçün vuruşurlar. Heç bir ölkə NATO üzvlüyünə hazır olduğunu nümayiş etdirmək üçün Ukrayna qədər səy göstərməyib. Heç bir silahlı qüvvə NATO silahlarından istifadə etməkdə Ukrayna ordusundan daha güclü və effektiv deyil. Heç bir ölkənin NATO üzvlüyünə Ukraynadan daha çox ehtiyacı yoxdur".
Consonun fikrincə, Alyansdan Ukraynaya yalnız dəqiq cədvəl vermək tələb olunurdu ki, bunu da etmədilər.