Bakı erməni əsirləri yaxşı bəsləyib - Erməni nazir

Azərbaycan tərəfindən geri qaytarılan 32 erməni hərbçinin müalicə və əlavə müayinəyə ehtiyacı yoxdur.

Bakı erməni əsirləri yaxşı bəsləyib - Erməni nazir
Azərbaycan tərəfindən geri qaytarılan 32 erməni hərbçinin müalicə və əlavə müayinəyə ehtiyacı yoxdur.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib.

"Azərbaycandan Ermənistana qaytarılan əsirlər ilkin tibbi müayinədən keçirilib, hazırda onların tibb məntəqələrinə köçürülməsinə ehtiyac yoxdur", - o bildirib.

Qeyd edək ki, Bakı və İrəvan ötən gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsini həyata keçirib. Öncədən əldə olunan razılaşmaya əsasən 2 azərbaycanlı əsirlə 32 erməni əsir dəyişdirilib.

meqale.com