Azərbaycanlı reper Rusiyada axtarışa verildi - FOTO
Rusiya şou-biznesində Navai təxəllüsü ilə fəaliyyət göstərən, "HammAli&Navai" duetinin solisti Nəvai Bəkirov şirkətinin borclarına görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.
meqale.com oxuya istinadən xəbər verir ki, azərbaycanəsilli rep ifaçısının "Scar Trading MMC" şirkətinin 2 milyon rubldan (36,9 min manat) çox borcu var.
Məlumata görə, Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Keçən il o, 617 min rubl (təxminən 11 min manat) zərər çəkib.