Azərbaycanda bəy toyunda qonağı bıçaqladı

Qaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Azərbaycanda bəy toyunda qonağı bıçaqladı
Qaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində keçirilən toyda qeydə alınıb.

Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Yamən Şıxəmirli bıçaqlanıb.

Hadisənin bəy - Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov tərəfindən törədildiyi məlum olub. Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.