Azərbaycan təmsilçisi rinqdə hakimin boğazından yapışdı - VİDEO

Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatı zamanı qalmaqal yaşanıb.

Azərbaycan təmsilçisi rinqdə hakimin boğazından yapışdı - VİDEO
Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatı zamanı qalmaqal yaşanıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, münaqişə Yusif Ağakişiyevlə serbiyalı boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı baş verib.

Belə ki, görüşü idarə edən şimali makedoniyalı hakim Stefan Subalevskinin qərarlarındna narazı qalan azərbaycanlı təmsilçisi rinqə daxil olaraq, hakimə müqavimət göstərib.

Bundan sonra döyüş dayandırılıb, boksçumuza məğlubiyyət verilib. Bununla da idmançımız gümüş medalla kifayətlənməli olub.

Azərbaycan Boks Federasiyasından sorğumuza cavab olaraq bildirilib ki, Yusif Ağakişiyelə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezov idman etikasına uyğun hərəkət etmədiyinə görə, onunla bağlı qanunveriliciyə uyğun olaraq addım atılacaq: