Ayan efirdə AĞLADI: "Özgə qismətisən, sevməməli idim" - VİDEO

Canlı efirdə qonaq olan müğənni Ayan Babakişiyeva duyğusal anlar yaşayıb.

Ayan efirdə AĞLADI:
Canlı efirdə qonaq olan müğənni Ayan Babakişiyeva duyğusal anlar yaşayıb.

meqale.com-ın məlumatına görə, səhnə ifaçısı yeni mahnısını təqdim edərkən göz yaşlarını saxlaya bilməyib. O, çıxışı zamanı həyat təcrübələrindən danışaraq bildirib ki, hər bir insanın həyatına daxil olanlar ona bir dərs verir - istər yaxşı, istərsə də pis.

Ayan qeyd edib ki, səhv etmək insanın inkişafının təbii hissəsidir: "Heç kəs qüsursuz deyil. Əgər səhv etmirsənsə, həyatda irəli getmirsən. Özünü olduğundan başqa göstərmək isə sadəcə bir maskadır".

Müğənninin bu sözləri və göz yaşları sosial şəbəkələrdə də diqqət çəkib.