Antiterror tədbirləri zamanı ən çox bu rəsmi səhifələrə hücum olub
Azərbaycanın müxtəlif informasiya strukturlarına kiberhücumları dayanmır, 7/24 daima hər gün, hər saat olur.
meqale.com xəbər verir ki, bunu "Critical Infrastructure Defence Challenge 2023" tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, bununla bağlı mütəmadi statistikalar da təqdim edilir:
"Kiberhücumların konkret olaraq hansı ölkələrdən olmasını İP-dən aydınlaşdırmaq çətindir. Çünki bunlar anonimləşdirilib, saxtalaşdırılır. Bu hücumların formatına, istiqamətlərinə diqqət etsək, eyni zamanda, edilən analizlərə əsasən onların çoxunun qonşu ölkələrdən təşkil olunmuş olduğu müəyyən edilir. Xidmətimiz hücumlara qarşı 7/24 monitorinq həyata keçirir və dövlət qurumlarının informasiya sistemlərinin mühafizəsi üzərində aktiv çalışır".
T.Məmmədov qeyd edib ki, aktivlik dönəminə uyğun olaraq müxtəlif dövlət qurumlarının saytına kiberhücumlar ola bilir.