Aİ missiyasının Azərbaycan sərhədi yaxınlığında yeni görüntüləri - VİDEO
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyasının Laçın və Zəngilan istiqamətlərində fəaliyyətinin yeni görüntüləri yayılıb.
meqale.com report-a istinadən xəbər verir ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. meqale.com