Afrikada virus: fövqəladə vəziyyət elan olundu
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi mpox (meymunçiçəyinin yeni adı) xəstəliyinin yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzin baş direktoru Jan Kaseniya deyib.
"Mpox indi sərhədləri keçib və qitəmizdəki minlərlə insana təsir edir", - o bildirib.
Kaseniya qeyd edib ki, fövqəladə vəziyyət elan olunsa da, insanların və malların hərəkətində fasilə olmayacaq.
Qeyd edək ki, bundan öncə ÜST sözügedən virusla bağlı çağırış edib.