ABŞ-da kazarmalardan ŞOK GÖRÜNTÜLƏR yayıldı - Kanalizasiya suları, iyrənc otaqlar... - FOTO
ABŞ əsgərləri kanalizasiya suları ilə dolu iyrənc kazarmalarda yaşayırlar.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Amerika hökumətinin hesabatında məlumat verilib.
"Obyektlərin birində hərbi qulluqçular bioloji tullantıların təmizlənməsinə cavabdehdirlər", - deyə materialda açıqlama verilib.
Verilən məlumata görə, Amerika ordusunun kazarmaları çox dəhşətli vəziyyətdədir: kif, çirkli döşəmələr, tarakan və siçan axını. Kanalizasiya aşıb-daşır, kranlardan isə çirkli qəhvəyi su axır.
Jurnalistlərin fikrincə, belə şəraitdə yaşamaq döyüşçülərin psixi sağlamlığına təsir edir və onları qadağan olunmuş maddələrdən istifadəyə təhrik edir.