8-ci sinif şagirdi nişanlandırıldı

Marneuli bələdiyyəsinin kəndlərindən birində azyaşlının nişanlandırılması faktı qeydə alınıb.

8-ci sinif şagirdi nişanlandırıldı
Marneuli bələdiyyəsinin kəndlərindən birində azyaşlının nişanlandırılması faktı qeydə alınıb.

meqale.com news24.az-a istinadən xəbər verir ki, sözügedən kəndin məktəb direktoru "Marneuli" radiosuna qızın nişanlandırılması faktını təsdiq edib.

O bildirib ki, müvafiq qurumlara məlumat verilib və valideyn məktəbə çağırılıb. Direktorun sözlərinə görə, uşaq məktəbə gələcəyini və oxumağa davam edəcəyini bildirib.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi və Xalq Müdafiəçisi ofisinə məlumat verilib. Bildirilib ki, qurumlar öz səlahiyyətləri çərçivəsində məsələyə müdaxilə edəcəklər.