62 yaşında məzun oldu
62 yaşlı Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetindən məzun olub.
meqale.com xəbər verir ki, bu gün ona bakalavriat səviyyəsi üzrə diplom təqdim edilib. R.Cəlilov universitetin "İqtisadiyyat" ixtisasında qiyabi formada təhsil alıb.
Qeyd edək ki, Rəhman Cəlilov əvvəllər kollec məzunu olub və hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışır.